Ermənilərin hücumu nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş əsgərlərindən biri Şəki şəhərində dəfn olunub

Ermənilərin hücumu nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş əsgərlərindən biri Şəki şəhərində dəfn olunub
# 06 iyun 2012 09:57 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Ermənilərin dünən səhər saatlarında cəbhənin Qazax rayonu istiqamətində hücumu nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş əsgərlərindən biri Xalid Əzizov bu gün anadan olduğu Şəki şəhərində dəfn olunub. Şəki şəhər İcra Hakimiyyəti (İH) aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Xalid Əzizovun cənazəsi ötən gün axşam saatlarında rayona gətirilərək ailəsinə təhvil verilib. Bu gün Xalid Əzizov, yaxınlarının, rayon rəhbərliyinin, rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə doğulduğu torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Əzizov Xalid Mətləb oğlu 1993-cü ildə Şəki şəhərində doğulub və 2011-ci il oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR