Türkiyə Quru Qoşunları komandanı: “Biz Azərbaycan Silahlı Qüvvələri ilə ət və dırnaq kimiyik”

Türkiyə Quru Qoşunları komandanı: “Biz Azərbaycan Silahlı Qüvvələri ilə ət və dırnaq kimiyik”
# 06 iyun 2012 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Biz Azərbaycan Silahlı Qüvvələri ilə ət və dırnaq kimiyik. Bir-birimizdən ayrılmarıq. Bu qardaşlıq və dostluq sona qədər davam edəcək”. APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlu bildirib.

Azərbaycan Silahlı Qüvvələri ilə tanışlıq səfərinə gəldiyini deyən H. Kıvrıkoğlu Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında sıx əlaqələrin olduğunu vurğulayıb: “Bərabər təlimlər keçirik və dünən prezident İlham Əliyevlə bu məsələləri müzakirə etdik. Azərbaycana olan təlim dəstəyimiz bundan sonra da davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR