Azərbaycan əsgəri minaya düşüb

Azərbaycan əsgəri minaya düşüb
# 06 iyun 2012 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə cəbhənin Tərtər rayonu istiqamətində qeydə alınıb.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Niyaməddin Şaləddin oğlu Mehdiyev yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR