Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan prezidenti son günlərin hərbi uğursuzluqlarını ört-basdır etmək üçün dezinformasiyalar yaymağa üstünlük verir

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan prezidenti son günlərin hərbi uğursuzluqlarını ört-basdır etmək üçün dezinformasiyalar yaymağa üstünlük verir
# 07 iyun 2012 13:53 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sorğusuna cavabında bildirib ki, Serj Sarkisyan uğursuzluqlarını ört-basdır etməyə çalışır: “Serj Sarkisyan bu cür danışmağı çox sevir.
Onun bir ustalığı elə bundan ibarətdir ki, yalana doğru donu geyindirməyi bacaran dərzidir. Ona görə də onun belə pafoslu çıxışlarına əhəmiyyət verib, baş yormaq lazım deyil. Son günlərin hərbi uğursuzluqlarını ört-basdır etmək, əhalinin kəskin etirazlarını söndürmək üçün ənənəsinə sadiq qalan Ermənistan prezidenti dezinformasiyalar yaymağa artıq özü üstünlük verir. O, bununla ictimai qınaqdan yayınmağa çalışır. Amma çətin ki, bu baş tutsun. Serj Sarkisyanın diqqətinə həm də onu çatdırmaq istəyirik ki, bizə görə heç narahatlıq keçirməsin, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bundan sonra daha da uğurlu nəticələrə nail olacaq”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan son günlər cəbhədə baş verən insidentlə bağlı açıqlama verərək Azərbaycanın ünvanında hədə dolu fikirlər səsləndirib. O, Ermənistan ordusundakı itkilərə görə qarşı tərəfə sərt cavab veriləcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR