NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru: “NATO ilə tərəfdaşlığın gələcəkdə nə qədər dərinləşəcəyi Azərbaycan hökumətindən asılıdır”

NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru: “NATO ilə tərəfdaşlığın gələcəkdə nə qədər dərinləşəcəyi Azərbaycan hökumətindən asılıdır”
# 08 iyun 2012 07:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan-NATO münasibətləri möhkəmdir və ümidvaram ki, bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lau (William Lahue) verib.

Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatına verdiyi töhfəni yüksək qiymətləndirən NATO təmsilçisi bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və NATO ilə tərəfdaşlıq bir-biri ilə ziddiyyət təşkil etmir: “Bu tərəfdaşlığın nə qədər dərinləşəcəyini sizin ölkə müəyyənləşdirir və Azərbaycan hökumətindən asılıdır”.

NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsini şərh edən Uilyam Lau bildirib ki, alyans üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verdiklərini ifadə ediblər: “NATO danışıqlar prosesinə cəlb olunmayıb, bu, NATO-nun rolu deyil. Lakin alyans sülh prosesini dəstəkləyir və münaqişənin nizamlanmasına siyasi dəstəyini ifadə edib”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR