Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətində intensiv atışmalar olub

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətində intensiv atışmalar olub
# 11 iyun 2012 06:50 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistanın Ordusunun bölmələri iyunun 10-u saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və atışmalar intensiv xarakter daşıyıb.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR