Türkiyə Jandarma Qüvvələri baş komandanı Bəkir Kalyoncu Azərbaycanda səfərdədir

Türkiyə Jandarma Qüvvələri baş komandanı Bəkir Kalyoncu Azərbaycanda səfərdədir
# 11 iyun 2012 07:32 (UTC +04:00)
APA-nın məlumatına görə, B. Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib. General Heydər Əliyevin, Şəhidlər xiyabanında Əbədi Məşəl Kompleksinin və Türk Şəhidliyindəki abidənin önünə əklil qoyub, Türk Şəhidliyindəki xatirə dəftərinə ürək sözlərini yazıb.

Səfər çərçivəsində B. Kalyoncunun bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənova görüşü planlaşdırılır. B. Kalyoncunun, həmçinin, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşləri gözlənilir.

Səfər iyunun 13-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR