Cəbhədə minaya düşmüş Azərbaycan zabitləri Mərkəzi Hərbi Kliniki Hospitala yerləşdirilib, İlqar Verdiyevin vəziyyəti ağırdır

Cəbhədə minaya düşmüş Azərbaycan zabitləri Mərkəzi Hərbi Kliniki Hospitala yerləşdirilib, İlqar Verdiyevin vəziyyəti ağırdır
# 11 iyun 2012 12:22 (UTC +04:00)
APA-nın əldə etdiyi məlumata görə, hospitalın reanimasiya şöbəsinə yerləşdirilmiş İ. Verdiyevin vəziyyəti ağır olaraq qalır.

Yaralılar günorta saatlarında helikopterlə Sarıcalı hospitalından Bakıya gətiriliblər.

Qeyd edək ki, hadisə iyunun 9-dan 10-na keçən gecə baş verib. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ. Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. İ. Verdiyevin sağ qolu, Z. Məmmədovun isə ayağı amputasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR