Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır
# 13 iyun 2012 07:33 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 1/2-i saat 08.00-dan bu gün səhər saat 08//.00-dək Tərtər rayonunun Qızıloba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şurabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR