Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğvi barədə bu gün qərar qəbul olunacaq

Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğvi barədə bu gün qərar qəbul olunacaq
# 14 iyun 2012 07:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün saat 11:00-da işə başlayacaq KHVTİC Respublika Şurasının qurultayında Cəmiyyətin buraxılması və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə birləşdirilməsi barədə qərarın qəbulu gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl KHVTİC sədri, general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəis müavini təyin olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan prezidentinin sərəncamı ilə bu ilin fevral ayında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR