Müdafiə Nazirliyi cəbhə bölgəsində baş verən son atışmalarda Azərbaycan Ordusunun daha çox şəhid verməsi barədə məlumatları təkzib edir

Müdafiə Nazirliyi cəbhə bölgəsində baş verən son atışmalarda Azərbaycan Ordusunun daha çox şəhid verməsi barədə məlumatları təkzib edir
# 14 iyun 2012 09:02 (UTC +04:00)
APA-nın xəbərinə görə,
açıqlamada bu məlumatların dezinformasiya olduğu vurğulanıb: “Dünən ölkədə fəaliyyət göstərən saytlardan birinin cəbhə bölgəsində baş verənlərlə bağlı yaydığı məlumat cəmiyyətdə və mətbuatda çaşqınlığa səbəb olub. Dezinformasiya xarakteri daşıyan bu yazıda bildirilir ki, guya iyun ayının 7-8-də cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Ordusu 5 deyil, 40 şəhid vermiş və bu «fakt» hansısa səbəblərə görə indiyədək gizli saxlanılır. Belə əsassız məlumatı dövriyyəyə buraxarkən saytın qarşısına hansı məqsəd qoyduğu və nə üçün bu cür uydurma, yalan məlumatla ictimaiyyəti təşvişə düşməyə sövq etməyə çalışması çox maraqlı görünür. Haradan götürülüb bu məlumat, mənbəyini söyləyə bilərlərmi? Sayt «35 şəhiddən» heç olmazsa birinin yurd-yuvasını və ya adını nişan verə bilərmi? Ümumiyyətlə, bu qədər əsgərin ölümü necə gizlədilə bilər və yaxud nəyə görə gizlədilməlidir? Göstərilən tarixdə cəbhədə gedən döyüşlər zamanı Azərbaycan tərəfin neçə itki verməsi barədə Müdafiə Nazirliyi ictimaiyyəti dəqiq məlumatlandırıb. Buna görə də cəmiyyəti və informasiya məkanını şübhəli məlumatlarla çaşdırmaq yolverilməzdir.

Həmin sayta və bəzi digər media nümayəndələrinə belə həssas məqamda diqqətli olmağı, dəqiqləşdirilməmiş məlumatları yaymaqla cəbhə bölgəsində qulluq edən minlərlə əsgərimizin valideynlərinin heysiyyəti ilə oynamamağı və düşməni yalan məlumatlarla sevindirməməyi tövsiyə edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR