Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin yaradılmasının 20 illiyi qeyd olunub - FOTO

Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin yaradılmasının 20 illiyi qeyd olunub - <font color=red>FOTO</font>
# 15 iyun 2012 13:05 (UTC +04:00)
Xaçmaz. Vəli Turan - APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsində Qurtuluş günü və hərbi hissəsinin yaradılmasının 20 illik yubiley münasibətilə təbdir keçirilib.
APA-nın məlumatına görə, mərasimdə DSX-nin rəisi, general-leytenant Elçin Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov da iştirak edib.
DSX rəisi Elçin Quliyev çıxışında bildirib ki, Xudat Sərhəd Dəstəsi 20 il öncə 1992-ci il iyun ayında əsası qoyulub. Normal xidməti şəraitin olmamasına baxmayaraq, sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən xüsusi fədakarlıq göstərdiyi qeyd olunub. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hərbi hissədə normal xidməti şərait yaradılıb: “Son 20 il ərzində sərhəd dəstəsində 19 sərhəd zastavası, 3 sərhəd komendantlığı və 2 sərhəd nəzarəti məntəqəsi inşa olunub. Xudat Sərhəd Dəstəsi tərəfindən 20 il ərzində 4700 sərhəd pozucusu, 23 000 sərhəd rejimi pozucusu saxlanılıb, 17,3 mln. manatlıq qaçaqmalın, o cümlədən 261 kq narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb”.
Tədbirdən sonra xidmətdə fərqlənən şəxslər mükafatlandırılıb. Xudat Sərhəd Dəstəsinin şəxsi heyəti üçün tibb məntəqəsinin açılış mərasimindən sonra bayram konserti təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR