Rusiya Ermənistandakı hərbi bazasının şəxsi heyətini iki dəfə artıracaq

Rusiya Ermənistandakı hərbi bazasının şəxsi heyətini iki dəfə artıracaq
# 20 iyun 2012 09:14 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Ermənistanda yerləşən hərbi bazasının şəxsi heyətini iki dəfə artıracaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairə Komandanlığının mətbuat xidmətinin rəisi İqor Qorbul bildirib.

Onun sözlərinə görə, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasındakı müqaviləli hərbçilərinin sayı artırılacaq: “Bundan başqa, həqiqi hərbi xidmət keçən hərbçilərin sayı 5 min nəfər olacaq”. İ. Qorbul ümumilikdə Gümrüdəki hərbi bazada nə qədər hərbi qulluqçunun olacağı haqda məlumat verməyib.

Qeyd edək ki, Rusiya Dövlət Duması keçən il Gümrüdəki hərbi bazanın icarə müqaviləsinin 2044-cü ilə qədər uzadılmasını təsdiqləyib.

Bu hərbi bazada Rusiyanın hava hücumundan müdafiə sistemləri, S-300 raketdən müdafiə sistemi və MİQ-29 hərbi təyyarələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR