Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı: “Qəbələ RLS-dən imtina dövlətimizin təhlükəsizliyinə zərər vurmayacaq”

Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı: “Qəbələ RLS-dən imtina dövlətimizin təhlükəsizliyinə zərər vurmayacaq”
# 20 iyun 2012 11:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-mayor Oleq Ostapenko deyib. O bildirib ki, hazırkı mərhələdə Rusiyanın Qəbələ RSL-dən imtina etməsi zərurəti yaranarsa və belə bir qərar qəbul olunarsa, bu elə ediləcək ki, dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyətinə ziyan dəyməsin: “Bu, bizim başlıca məqsədimizdir”.

General əlavə edib ki, Rusiyanın desimetrlik və metrlik diapazonlarda çalışan “Voronej” kimi yeni stansiyaları Qəbələ RLS-in yoxluğunu tam kompensasiya edə bilər: “Armavirdəki stansiyaya gəldikdə isə o, Qəbələ RLS-in vəzifələrini çox yüksək səviyyədə yerinə yetirə bilər”.

Armavir RSL-in doğrudanmı Qəbələ RLS-dən daha yüksək imkanlara malik olduğu haqda suala O. Ostapenko belə cavab verib: “Birmənalı şəkildə”.

Bununla yanaşı, komandan etiraf edib ki, Qəbələ RLS hələ Rusiyanın maraqlarına xidmət edə bilər: “Hansısa konkret vəzifəni yerinə yetirən istənilən obyektə tələbat olur”.

O. Ostapenko Qəbələ RLS-in taleyi ilə bağlı Rusiya və Azərbaycan arasında gedən danışıqlara dair suala konkret cavab verməyib: “Müvafiq qərarlar qəbul edilənə və biz bu qərarlara uyğun çalışmağa başlayana qədər mən bu barədə konkret heç nə deməyəcəyəm”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR