İyulun 5-də MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

İyulun 5-də MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
# 20 iyun 2012 16:21 (UTC +04:00)
Bakı – APA. İyulun 5-də Kalininqrad (Rusiya) şəhərində MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının 62-ci iclası keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Şuranın katibliyinin mətbuat xidmətinin rəhbəri Mixail Sevastyanov məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyinə Rusiya Silahlı Qüvvələrinin orbital qruplaşmasının MDB ölkələri ordularının maraqları çərçivəsində istifadəsi, birləşmiş Hava Hücumundan Müdafiə sisteminin inkişafı, 2013-cü ildə keçiriləcək birgə təlimlərin planı, hərbi qulluqçuların pensiya təminatı və yaşayış yerini MDB-nin başqa ölkəsinə dəyişdikləri halda, onların sosial təminatı və digər məsələlər müzakirə olunacaq.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sədrlik edəcəyi iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın nümayəndə heyətləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR