Azərbaycan prezidenti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 5 milyon manat ayırıb

Azərbaycan prezidenti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 5 milyon manat ayırıb
# 25 iyun 2012 16:02 (UTC +04:00)
APA-nın məlumatına görə, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Xidmətin Aparatının yeni inzibati binasının, Mərkəzi çağırış məntəqəsi kompleksinin, bir sıra şəhər və rayon inzibati binalarının tikintisi və əsaslı təmiri məqsədi ilə 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR