Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü qeyd edilib

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının  94-cü ildönümü qeyd edilib
# 27 iyun 2012 08:45 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirdə Rusiyada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi, polkovnik Tofiq Salmanov tədbirdə çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışıb. Polkovnik hazırda Azərbaycan ordusunun bu şərəfli tarixi davam və inkişaf etdirdiyini söyləyib: “Biz torpaqlarımızı erməni təcavüzkarlarından azad etməyə hazırıq və azad edəcəyik. Ali Baş Komandan, Prezident İlham Əliyevdən başlayaraq sıravi əsgərədək hamı əmindir ki, biz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi missiyasını yerinə yetirməyə hazırıq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR