Azərbaycan ilin sonuna kimi “Kalaşnikov” avtomatlarının istehsalına başlamağı planlaşdırır

Azərbaycan ilin sonuna kimi “Kalaşnikov” avtomatlarının istehsalına başlamağı planlaşdırır
# 29 iyun 2012 07:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan AK-7
4 M avtomatından istifadədən imtina etmək niyyətində deyil və ilin sonuna kimi “Kalaşnikov” avtomatlarının istehsalını təşkil etmək niyyətindədir”. APA-nın məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanın “Kalaşnikov” avtomatlarından “Tavor” avtomatları lehinə imtina etməyə hazırlaşdığı barədə mətbuatda gedən məlumatları jurnalistlərə belə şərh edib.

Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyi 665 adda məhsul istehsal edir, ilin sonuna kimi bu rəqəmin 700-ə çatdırılması planlaşdırılır.

“Bizim iri kalibrli döyüş sursatı, tanklar, artilleriya qurğuları, vertolyotlar üçün müvafiq sursatların istehsalı ilə bağlı yeni layihələrimiz var”.

Yavər Camalovun sözlərinə görə, ilin sonuna kimi Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə 60 pilotsuz təyyarə təhvil verəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR