Silahla ehtiyatsız davranan əsgər əsgər yoldaşını güllələyib

Silahla ehtiyatsız davranan əsgər əsgər yoldaşını güllələyib
# 31 avqust 2012 11:33 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1993-cü il təvəllüdlü Xudaverdiyev Novruz Rasim oğlunun tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşov Pərvin İbadulla oğluna dəyib. Yaralanan əsgər Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

P. Dadaşov 2011-ci ilin aprel ayında Quba, N. Xudaverdiyev 2011-ci ilin aprel ayında Bakının Xəzər rayonunda həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı Bərdə Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR