ANAMA-nın Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi ilə birgə təşkil etdiyi təlimlər başa çatıb

ANAMA-nın Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi ilə birgə təşkil etdiyi təlimlər başa çatıb
# 03 avqust 2013 09:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) ilə birgə təşkil etdiyi “Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimləri” başa çatıb. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Agentliyin Göygöl Regional Təlim bazasında keçirilən təlim kursunda Əfqanıstan, Tacikistan, İraq, Anqola, İordaniya, Liviya, Livan, Mozambik, Şri-Lanka, Uqanda, ABŞ, eləcə də GICHD və Azərbaycandan mina aksiyası üzrə mütəxəssislər iştirak ediblər.

Kursun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və Şübhəli Təhlükəli Ərazilərin Ləğv Edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil edilməsi olub.

İyulun 22-si başlamış və ötən gün başa çatmış təlim kursunun sonunda iştirakçılara sertifikatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR