Azərbaycan hərbçiləri bir sıra ölkələrlə imzalanmış əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra ölkələrlə imzalanmış əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər
# 01 mart 2013 08:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrlə imzalanmış ikitərəfli əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 3-dən 8-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü- qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçiriləcək. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Azərbaycan hərbçiləri martın 3-dən iyulun 5-dək İstanbulda beynəlxalq dalğıc kursunda, martın 11-dən 22-dək İzmir şəhərində hava əməliyyatları terminologiyası üzrə təməl kursunda iştirak edəcəklər.

Martın 4-dən 8-dək İsveçin Kunsaengen şəhərində “NATO Qərargah zabitləri üçün öyrənilmiş təcrübələr mövzusunda kurs”, Latviyanın Riqa şəhərində NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən, Litvanın Kaunas şirkətində kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kurs, Azərbaycan –Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 11-dən 14-dək Almaniyanın Oberlauzits şəhərində “FELDBERG 13” səhra təlimi, martın 11-dən 16-dək London şəhərində silahlara nəzarət təlim kursu, martın 11-dən 22-dək Niderlandın Enschede şəhərində Hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursu keçiriləcək. Azərbaycan hərbçiləri həmçinin ABŞ ilə ikitərəfli əməkdaşlıq planı çərçivəsində martın 11-dən 15-dək İrlandiyanın Dublin şəhərində keçiriləcək “Combined Endeavor-2013” təliminin əsas planlaşdırma konfransında iştirak edəcəklər.

Azərbaycan–Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən, martın 11-dən 14-dək Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıda səfərdə olacaq. Martın 5-dən 7-dək isə Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR