Azərbaycan hərbçilərinin Gürcüstandakı dağ təlimi davam edir

Azərbaycan hərbçilərinin Gürcüstandakı dağ təlimi davam edir
# 29 yanvar 2018 13:29 (UTC +04:00)

Gürcüstanda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan hərbçilərinin də iştirak etdiyi dağ hazırlıq təlim kursu davam edir.

APA-nın yerli bürosu Gürcüstanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qudauridə keçirilən təlimə Azərbaycanla yanaşı, Gürcüstan, Latviya, Polşa və Ermənistandan ümumilikdə 13 hərbçi qatılıb.

Təlim iştirakçıları xizək sürmə və qarlı əraziləri ötüb keçmək, axtarış-xilasetmə və təxliyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək və s. ilə bağlı biliklər əldə edirlər.

Təlimin sonunda hərbçilər imtahan olunacaq. İmtahandan uğurla keçmiş hərbçilərə sertifikatlarla yanaşı, gələcək kurslarda iştirakla bağlı xasiyyətnamələr də təqdim olunacaq.

Dağ hazırlıq təlimi fevral ayının 2-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR