Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi snayper tüfənglərinin çeşidini artırır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi snayper tüfənglərinin çeşidini artırır
# 16 sentyabr 2014 12:23 (UTC +04:00)

Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov APA-ya bildirib ki, Bakıda ötən həftə keçirilmiş ADEX-2014 I Azərbaycan Müdafiə Sənayesi Sərgisində MSN mühəndisləri tərəfindən yaradılmış və nazirliyin müəssisələrində istehsal olunan 4 snayper tüfəngi nümayiş olunub.

Azərbaycanda istehsal edilən snayper tüfənglərindən ikisi – 14.5 mm çaplı «İstiqlal» və 12.7 mm çaplı «Mübariz» snayper tüfəngləri anti-material xüsusiyyətə malikdir.

Müşavirin sözlərinə görə, digər iki snayper tüfəngi isə 2012-ci ilin sonlarında ilk dəfə təqdim edilmiş «Yalquzaq» snayperi və ilk dəfə ADEX-2014 sərgisində nümayiş etdirilən «Yırtıcı» adlı snayper tüfəngidir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR