Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib, geri qayıtmaq istəyərkən minaya düşən erməni əsgərin adı məlum olub

Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib, geri qayıtmaq istəyərkən minaya düşən erməni əsgərin adı məlum olub
# 14 avqust 2013 08:47 (UTC +04:00)

Hərbçi yoldaşı Akop İnciqulyanın azərbaycanlı çobanlar tərəfindən tutulduğunu görərək, geri qaçan erməni əsgər öz mövqeləri yaxınlığında minaya düşərək yaralanıb.

APA-nın əldə etdiyi məlumata görə, yaralanmış erməni əsgər Armenak Akopyandır.

Qeyd edək ki, APA avqustun 8-də Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçmiş iki erməni hərbçidən birinin tutulduğu, digərinin isə geri qayıdarkən minaya düşdüyü barədə məlumat yayıb. Lakin Ermənistanın Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı separatçı hərbi birləşmənin “mətbuat xidməti” yaralı barədə məlumatı təkzib edib.

Artıq ermənilərə məxsus bir sıra KİV və sosial şəbəkələrdə isə yaralı erməni əsgər barədə məlumatlar yayılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan və daha bir əsgər qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib. A. İnciqulyan tutulub, digər əsgər geri qaçarkən minaya düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR