Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü münasibətilə elan olunmuş yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü münasibətilə elan olunmuş yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 avqust 2013 13:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Bu gün Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü münasibətilə elan olunmuş yaradıcılıq müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA – nın məlumatına görə, mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəis müavini Məhəmməd Abbasquliyev Azərbaycanın sərhəd mühafizəsinin gücləndirilməsindən danışıb.


O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Dövlət Sərhəd Xidməti qaçaqmalçılığa, terrorizmə, ümumiyyətlə bütün sərhədpozma hallarına qarşı mübarizədə səylərini gücləndirir. Sərhəd mühafizəsi ilə bağlı müsabiqə bədi ədəbiyyat nümunələri, televiziya verilişi, qəzet məqalələri, “Müqəddəs sərhədlər” adlı yazı inşası və rəsm işləri sahələri üzrə təşkil olunub.


Müsabiqədə ölkə üzrə 700 nəfər yaradıcı insan iştirak edib. Hər sahə üzrə I, II və II yer ilə yanaşı həvəsləndirici mükafatlar da daxil olmaqla ümumilikdə 35 nəfər mükafatlandırılıb. Sonra mərasim iştirakçıları qaliblərin rəsm işlərinin sərgisi ilə tanış olublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR