Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 08 sentyabr 2014 09:48 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar keçiriləcək.

APA – nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Sentyabrın 19-dək Tiflisdə (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR