İstanbul. Rəşad Süleymanov – APA. Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi bu gün işini davam etdirib.
APA-nın məlumatına görə, sərgidə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendi müxtəlif ölkələrdən hərbçilər və firmalar tərəfindən ziyarət olunub. Xarici hərbçilər əsasən Azərbaycan istehsalı olan iri çaplı snayper tüfəngi, əl pulemyotu və xüsusi təyinatlılar üçün nəzərdə tutulan «Gürzə» adlı avtomobilə böyük maraq göstəriblər.
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalov İtaliya Müdafiə Nazirliyinin nümayəndə heyəti, həmçinin Türkiyənin HAVELSAN şirkətinin rəhbərliyi ilə görüşüb.
Azərbaycan
Nazir Yavər Camalov APA-ya açıqlamasında sərginin Azərbaycan müdafiə sənayesi üçün uğurlu olduğunu vurğulayıb. Nazir sərgi çərçivəsində bir sıra ölkələrin müvafiq qurumları ilə ikitərəfli görüşlər keçirildiyini qeyd edib. Ötən gün Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə