Valideynini itirənlər ölkədən kənarda sülhməramlı qoşunlarda xidmət etməyəcək

Valideynini itirənlər ölkədən kənarda sülhməramlı qoşunlarda xidmət etməyəcək
# 11 mart 2013 13:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın ölkədən kənarda sülhməramlı əməliyyatlarda iştirak edən hərbi və mülki heyətinin tərkibinə dəyişikliklər edilməsi gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanunun 7-ci maddəsinə əlavə və dəyişikliklər edilə bilər.

Layihəyə əsasən sülhməramlı heyətlərin tərkibi formalaşarkən valideynlərindən birini və yaxud hər ikisini itirən əsgərlər, o cümlədən evin tək övladı olanlar beynəlxalq təhlükəsizliyin qorunması üçün göndərilən sülhməramlı heyətin tərkibinə daxil edilməyəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, qanunun qüvvədə olan maddəsinə görə, sülhməramlı əməliyyatların iştirakçıları sırasına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hüquq mühafizə orqanlarının və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə digər dövlət orqanlarının hərbi və hərbiləşdirilmiş birləşmələri (müvafiq silahlara və texnikaya, yardım və təminat vasitələrinə malik olan hissə və bölmələr) daxil edilə bilər. Eyni zamanda sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən mülki heyətin tərkibinə diplomatik statusa malik olan və ya malik olmayan mülki şəxslər, o cümlədən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ayrı-ayrı nümayəndələri, nümayəndə qrupları və ya bölmələri də daxil edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR