APA-nın məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov konfransda çıxışında qeyd edib ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın 34 hərbi-sənaye kompleksi ilə əməkdaşlıq qurmağa nail olub.
Y. Camalov deyib ki, Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün durumuna düşüb. Onun sözlərinə görə, bu səbəbdən müdafiə sənayesi müəssisələri yenidən qurulub, müdafiə təyinatlı məmulatların yaradılması üçün cari və perspektiv planlar hazırlanıb, 1700-dən çox cihaz və tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb: “Bu gün atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir”.
Y. Camalov
Konfransda Azərbaycan müdafiə sənayesinin inkişafına həsr edilmiş film nümayiş etdirilib.
Qeyd edək ki, konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir, Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, Türkiyənin MKEK şirkətinin baş direktoru İzzət Artniç, “Parmount Group” şirkətinin icraçı direktoru İvor İchikovitz çıxış edəcəklər.