Bakıda "NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu başlayıb - FOTO

Bakıda "NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu başlayıb - <span style="color: red;">FOTO
# 15 sentyabr 2014 15:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını zənginləşdirəcək.

Kurs ərzində NATO-nun informasiya əməliyyatları ilə bağlı siyasəti, böhranlara cavab əməliyyatlarının mahiyyəti, qanunvericilik baxımından həmin əməliyyatların keçirilməsi prinsipləri, psixoloji əməliyyatlar və media məlumatlarının təhlili, o cümlədən, digər məsələlər barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılacaq.
Təlim kursu sentyabrın 18-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR