Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun mayoru başından yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun mayoru başından yaralanıb
# 27 mart 2013 12:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, mayor Əsgərov Ceyhun Malik oğlunun başından yaralandığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib. Zabitin vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, martın 26-da cəbhənin Gədəbəy istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev də yaralanıb. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR