FHN Akademiyasının kursantları and içiblər - FOTO

FHN Akademiyasının kursantları and içiblər - <span style="color: red;">FOTO
# 12 sentyabr 2014 12:12 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının Dövlət Bayrağı Meydanında andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdən əvvəl FHN Akademiyasının rəhbərliyi və kursantlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, habelə Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasimdə Azərbaycanın dövlət himni səslənib, dövlət bayrağı meydana gətirilib. Sonra kursantlar and içiblər.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.

Çıxış edən E. Mirzəyev kursantları təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Daha sonra Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək kursantların andiçmə mərasiminin əlamətdar hadisə olduğunu vurğulayıb, bu ali təhsil ocağının gənc kursantlarını və onların valideynlərini təbrik edib.

Birinci kurs kursantı Sahib Abbaslı çıxış edərək tələbə yoldaşları adından üzərlərinə qoyulmuş etimadı layiqincə doğrultacaqlarına söz verib.

Mərasim təntənəli sıra keçidi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR