Gənclər Fondu əsgərlərlə görüş keçirib - FOTOSESSİYA

Gənclər Fondu əsgərlərlə görüş keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2014 11:13 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondu 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə 30 iyun 2014-cü il tarixində saat 11:00-da Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirmiş, daha sonra isə hərbi hissədə xidmət edən əsgərlər üçün bayram konserti də təşkil olunmuşdur.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə hərbi hissənin rəhbər heyəti, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Fondun Aparat rəhbəri Faiq Qürbətov, Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Fondun əməkdaşları və könüllü gənclər iştirak ediblər.

Sonda hərbi hissənin rəhbərliyi tərəfindən Fondun rəhbərliyinə və kollektivinə hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi yüksək fəaliyyətə və qayğıkeşliyə görə Fəxri Fərman təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR