Hərbi qulluqçulara və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasında dəyişiklik edilib

Hərbi qulluqçulara və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasında dəyişiklik edilib
# 04 mart 2013 10:26 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarında dəyişiklik edib. APA-nın NK-nın rəsmin saytına istinadən verdiyi xəbərə görə, dəyişiklik “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə edilib. Dəyişikliyə əsasən qərarın 1-ci hissəsinin altıncı abzasına "orta" sözündən əvvəl "kiçik" sözü əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR