Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
# 09 iyul 2014 18:45 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.

Sonra müdafiə naziri Zakir Həsənov döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib.

Nazir eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR