Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bir əsgərinin ölümü, digərinin minaya düşməsi faktı barədə məlumat yayıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bir əsgərinin ölümü, digərinin minaya düşməsi faktı barədə məlumat yayıb
# 04 mart 2013 07:57 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi başlanılaraq, istintaq araşdırması aparılır.

Martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR