Müdafiə Nazirliyinin hərbi hissə və hərbi şəhərciklərində 241 milyon manatlıq tikinti-quruculuq işləri yerinə yetirilib

Müdafiə Nazirliyinin hərbi hissə və hərbi şəhərciklərində 241 milyon manatlıq tikinti-quruculuq işləri yerinə yetirilib
# 06 mart 2013 11:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ötən il Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissə və hərbi şəhərciklərində 241 milyon manatlıq tikinti-quruculuq işləri yerinə yetirilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə hərbi hissələrdə 6 əsgər yataqxanası, 2 tibb məntəqəsi, 3 müalicə korpusu, 4 xidməti bina, 2 mətbəx-yeməkxana binası, 8 yaşayış binası, 10 hərbi hissədə itilik sistemi qurulub, 1 əsgər yataqxanası, 9 qazanxana, 8 xidməti bina, 5 yaşayış binası əsaslı təmir edilib, 16 məişət obyekti inventarlarla təchiz olunub, 74 bina və qurğularda cari təmir işləri yerinə yetirilib.

Həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələr həm xaricdən alınan, həm də ölkədə istehsal olunan hərbi məhsullar hesabına müasir döyüş sistemləri, silah və sursatlarla təchiz edilib. Hərbi Dəniz Qüvvələrinin yeni bazasının, mərkəzi sursat anbarının tikintisi davam etdirilib.

Ümumilikdə ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə 2012-ci ildə əsaslı vəsait qoyuluşu üzrə ayrılan vəsaitlərlə birgə 3,4 milyard manat vəsait yönəldilib ki, bu da 2011-ci illə müqayisədə 26% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR