Ötən ay Azərbaycan ərazisində 1 255 partlamamış hərbi sursat və 14 tank əleyhinə mina zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazisində 1 255 partlamamış hərbi sursat və 14 tank əleyhinə mina zərərsizləşdirilib
# 07 may 2013 12:03 (UTC +04:00)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1 255 PHS və 14 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 223 322 446 kvadrat metr ərazi təmizlənib, 680,689 mina və PHS tapılıb zərərsizləşdirilib.

2013-cü ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR