Ötən ay Azərbaycanda 1 702 745 kvadrat metr ərazi mina və partlamamış hərbu sursatdan təmizlənib

Ötən ay Azərbaycanda 1 702 745 kvadrat metr ərazi mina və partlamamış hərbu sursatdan təmizlənib
# 07 mart 2013 13:12 (UTC +04:00)

974 PHS və 13 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis, 118 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 218 287 811 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 678 613-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2013-ci ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR