Rusiya Azərbaycana 100 ədəd T-90S tankının çatdırılması prosesini 2015-ci ilin əvvəlində yekunlaşdıracaq

Rusiya Azərbaycana 100 ədəd T-90S tankının çatdırılması prosesini 2015-ci ilin əvvəlində yekunlaşdıracaq
# 12 sentyabr 2014 10:13 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktorunun müşaviri Esen Topoyev deyib.

Rusiyanın 2010-cu ildə imzalanan sazişə uyğun olaraq Azərbaycana silah və hərbi texnikanın çatdırılmasını 2017-ci ildə yekunlaşdıracağını deyən E. Topoyev qeyd edib ki, əlavə təchizatdan söhbət getmir.

“2010-cu ildə biz böyük paket imzaladıq. Müxtəlif tarixlər var, silahların bir hissəsini bu il çatdırdıq, digərlərini isə 2015-ci ildə çatdıracağıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidməti rəhbərinin müavini Rusiyanın Azərbaycana 100 ədəd T-90S tankının çatdırılması prosesini bu ilin aprelində yekunlaşdırdığını bildirib və əlavə olaraq daha 100 tankın çatdırıla biləcəyini istisna etməyib.

E. Topoyev onu da bildirib ki, Azərbaycan tərəfi “Rosoboroneksport”a ölkə ərazisində helikopterlərin və ağır hərbi texnikanın təmiri ilə bağlı mərkəzlərin yaradılması xahişi ilə müraciət edib.

Hələlik məsələnin sifarişçinin təklifi və müraciəti səviyyəsində olduğunu deyən şirkət rəsmisi Rusiya tərəfindən servis mərkəzlərinin yaradılması ilə bağlı təkliflərin hazırlanacağını qeyd edib. “Bu istiqamətlərdə iş aparırıq. Bura müxtəlif təyinatlı personalın hazırlanması ilə bağlı məsələləri daxil edirik. Söhbət təkcə texniki personaldan getmir” deyən E. Topoyev bildirib ki, söhbət helikopter və ağır texnika üçün mütəxəssislərin - istər istismarçılardan, istərsə də texniki xidmət və təmir üçün mütəxəssislərin hazırlanmasından gedir.

E. Topoyev həmçinin qeyd edib ki, “Rosoboroneksport” Azərbaycan tərəfinə T-72 tanklarını müasirləşdirməyi təklif edib. Söhbət T-72-lərin Tanklara Dəstək Hərbi Maşınların (TDHM) səviyyəsinə çatdırılmasından gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR