Sutka ərzində atəşkəs rejimi 24 dəfə pozulub - VİDEO

Sutka ərzində atəşkəs rejimi 24 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 10 iyul 2014 07:08 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ermənistan ordusu Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərini də atəşə tutub.

İşğalçılar Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR