Türkiyə Silahlı Qüvvələrinin 7 generalı Azərbaycana gəlib

Türkiyə Silahlı Qüvvələrinin 7 generalı Azərbaycana gəlib
# 13 mart 2013 09:12 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti təmsil olunur, onlardan 7-si generaldır.

Martın 15-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək. Görüşlərdə qarşılıqlı hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR