Türkiyədə Sərhəd Mühafizəsi Təşkilatı yaradılır

Türkiyədə Sərhəd Mühafizəsi Təşkilatı yaradılır
# 27 mart 2013 11:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə dövlət sərhədlərinin mühafizəsini təşkil etmək üçün 61 min nəfər şəxsi heyətə malik Sərhəd Mühafizəsi Təşkilatı yaradır. APA-nın xəbərinə görə, artıq Türkiyə hökuməti tərəfindən “Sərhəd təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni sərhəd mühafizəsi sisteminin formalaşdırılması üçün bir sıra ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsi öyrənilib.

Plana əsasən Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədlərin mühafizəsi yaxın 5 il, Gürcüstan, Ermənistan, Azərbaycan və Suriya ilə sərhədlərin mühafizəsi yaxın 10 il, İran və İraqla sərhədlər isə hökumətin təyin edəcəyi müddətdə Sərhəd Mühafizəsi Təşkilatına həvalə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR