General Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

General Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 10 avqust 2015 15:03 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Veteranlar Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müstəsna əhəmiyyətindən danışıb.

Daha sonra Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani məruzə ilə çıxış edib. C. Naxçıvanskinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi fəaliyyəti, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan qüvvələrdən təmizlənməsi zamanı göstərdiyi xidmətlər, II Qarabağ süvari alayının komandiri kimi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Abdulla Qurbani C.Naxçıvanskinin repressiyaya məruz qalması və güllələnməsi haqqında da geniş məlumat verərək əslində onun Azərbaycan müstəqilliyi üçün çalışdığını söyləyib.

Tədbirdə çıxış edən tanınmış publisist Şəmistan Nəzərli, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov C. Naxçıvanskinin həyatının maraqlı məqamları ilə bağlı məlumatlar veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR