Azərbaycanın müdafiə naziri ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanını qəbul edib
# 08 dekabr 2009 09:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Rocer Breydi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Müdafiə naziri ATƏT-in Minsk Qrupu çərçivəsində 15 ildən artıq aparılan danışıqların heç bir səmərə vermədiyini qonağın diqqətinə çatdıraraq qeyd edib ki, vəziyyətin belə şəkil alması Azərbaycanı torpaqlarını işğaldan azad etmək üçün başqa vasitələrə əl atmağa vadar edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR