Moskvada MDB müdafiə nazirləri Şurasının iclası keçirilir

Moskvada MDB müdafiə nazirləri Şurasının iclası keçirilir
# 14 aprel 2010 10:01 (UTC +04:00)
Görüşü açan Rusiya müdafiə naziri Anatoli Serdyukov deyib ki, iclasın dünya tarixində ən qanlı müharibə olan Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi ərəfəsində keçirilməsi təsadüfi deyil.

“Lakin yeni hərbi münaqişələrin yaranması təhlükəsi bu gün də var. MDB və dünya ölkələrinin milli təhlükəsizliyinə çağırış və təhlükələr mövcuddur. MDB-nin təhlükəsizliyinin əsasını çoxtərəfli hərbi əməkdaşlıq təşkil edir. Hərbi sahədə əldə olunmuş təcrübə göstərir ki, MDB müdafiə nazirləri Şurasının yaradılması tamamilə özünü doğruldub. Bu qurum MDB dövlət başçıları Şurasının aktiv fəaliyyət göstərən orqanıdır. Hərbi sahədə MDB ölkələrinin əməkdaşlığının perspektivi bizim əldə etdiyimiz əsas razılıqların həyata keçməsindən asılıdır” deyən A. Serdyükov Şuranın yeni üzvlərini - Ukrayna və Belarusun yeni müdafiə nazirlərini Şura üzvlərinə təqdim edib.

İclasın yekununda gələcək əməkdaşlıq perspektivlərinə dair birgə protokol imzalanacaq.

İclasda Azərbaycanı müdafiə naziri Səfər Əbiyev təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR