Ermənilər Azərbaycan əsgərini yaralayıblar

Ermənilər Azərbaycan əsgərini yaralayıblar
# 06 yanvar 2011 09:02 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 6-da saat 08.15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən açdığı atəş nəticəsində əsgər, 1991-ci il təvəllüdlü Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərin vəziyyəti ağırdır.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, Ü. Hüseynov 2010-cu ilin yanvar ayında Qaradağ Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR