Azərbaycanın müdafiə naziri Tehranda İran Ali Təhlükəsizlik Şurasının katibi və xarici işlər naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Tehranda İran Ali Təhlükəsizlik Şurasının katibi və xarici işlər naziri ilə görüşüb
# 13 mart 2012 11:36 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, general-polkovnik Səfər Əbiyevin İranın Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşündə təhlükəsizlik məsələləri, regionda vəziyyət və münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

S. Əbiyev bu gün həmçinin İran xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüşüb. Görüş zamanı martın 7-də Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda baş tutan görüşü, regiondakı ictimai-siyasi və hərbi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR