Ordu generalı Bəkir Kalyonçu: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”

Ordu generalı Bəkir Kalyonçu: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”
# 11 iyun 2012 13:23 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs edib.

Qeyd olunub ki, kadr potensialının gücləndirilməsi və komplektləşdirilməsi məqsədilə Türkiyənin müxtəlif tədris müəssisələrində təhsil almaq üçün DİN-in xətti ilə 470-dən çox hərbi qulluqçu və müdavim göndərilib.

R. Usubov Türkiyə Jandarm Qüvvələri Baş Komandanının səfərinin əlaqələrin inkişafına daha müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Öz növbəsində, B. Kalyonçu müvafiq qurumlar arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəyini, qarşılıqlı əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR