Qarabağ Döyüşçülərinin Forumu keçirilib

Qarabağ Döyüşçülərinin Forumu keçirilib
# 12 iyun 2012 13:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ Döyüşçülərinin Forumu keçirilib. APA-nın məlumatına görə, Azərbaycan ordusunun 1992-ci ildə həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarının başlanmasının 20 illiyinə həsr olunan tədbirin aparıcısı Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firudin Məmmədov olub.

Forumda QAT sədri Akif Nağı, Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qarabağ döyüşçüsü Azad İsgəndərli, Laçın alayının keçmiş komandiri Arif Paşa, Qarabağ döyüşçüsü Gültəkin Quliyeva və digərləri çıxış ediblər.

Forumda bildirilib ki, 1992-ci il iyunun 12-də Azərbaycan ordusu düşmənə qarşı uğurlu əməliyyatlara başlayıb, 3 ay ərzində işğalçı Ermənistanın əsas qüvvələri darmadağın edilərək Dağlıq Qarabağ ərazilərinin yarısına qədəri azad olunub. Toplantıda bu əməliyyatların təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Forumda Çexiyanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Ştefan Maşek də iştirak edib.

Forumda qəbul olunan bəyanatda isə cəbhədə son günlərdə baş verən hadisələrə diqqət yönəldilib və qeyd edilib ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından öz xoşları ilə çıxmayacaqlar. Ona görə də Azərbaycan öz gücünə arxalanaraq müharibəyə başlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR